Britaniya məhkəməsi təyyarədə siqaret çəkən şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib

Britaniya məhkəməsi təyyarədə siqaret çəkən şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib Con Koks bildirib ki, həmin tarixdək anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçirib. Siqareti də bu səbəbdən çəkib.
Maraqlı
26 May , 2017 14:45
Britaniya məhkəməsi təyyarədə siqaret çəkən şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 26 may. REPORT.AZ/ Britaniyanın Birmingem şəhər Məhkəməsi 2016-ci ildə təyyarənin ayaqyolunda siqaret çəkərkən, yanğın törədən Con Koksin cəzasını ağırlaşdırıb. 

“Report” BBC-yə istinadən xəbər verir ki, 2015-ci ildə o, Birmingehmdən Misirin Şarm-əş-Şeyx kurort şəhərinə uçan təyyarənin göyərətsində siqaret çəkərkən, törətdiyi yanğına görə 4,5 il azadlıqdan məhrum edilmişdi.

2017-ci ilin yanvarında məhkəmə işə yenidən baxıb. C.Koks günahkar olduğunu deyərək, davranışının insanların həyatı üçün təhlükə yaratdığını etiraf edib. Məhkəmə isə onun cəzasını ağırlaşdıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. Apelyasiya məhkəməsində C.Koks bildirib ki, həmin tarixdək anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçirib. Siqareti də bu səbəbdən çəkib.

Qeyd edək ki, C.Koksun da göyərtəsində olduğu təyyarədə 200 sərnişin olub 10 min metr yüksəklikdə uçurmuş.  

Son xəbərlər

Orphus sistemi