Britaniya kitabxanası qədim qlobusları onlayn etdi

Britaniya kitabxanası qədim qlobusları onlayn etdi Dünyanın ən böyük kitabxanalarından olan Britaniya Milli Kitabxanası 11 qədim qlobusu rəqəmsallaşdırıb.
Maraqlı
8 May , 2020 16:00
Britaniya kitabxanası qədim qlobusları onlayn etdi

Dünyanın ən böyük kitabxanalarından olan Britaniya Milli Kitabxanası 11 qədim qlobusu rəqəmsallaşdırıb.

“Report” xəbər verir ki, bu barədə məlumat kitabxananın rəsmi saytında yer alıb.

Məlumata görə, XVII-XVIII əsrlərdə Avropada hazırlanmış bu qlobuslar 3D (üçölçülü fəza) formatına salınıb.

Bildirilib ki, yaxın vaxtda ümumilikdə 30 qlobus dərc ediləcək. Hazırda əlçatan olan qlobuslara kitabxananın saytında baxmaq olar.

Təqdim olunmuş modellər Almaniya, Böyük Britaniya, Niderland, Fransa və İtaliyadandır. 

Son xəbərlər

Orphus sistemi