Brejnevin nəticəsi dələduzluğun qurbanı oldu

Brejnevin nəticəsi dələduzluğun qurbanı oldu Keçmiş SSRİ-nin lideri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi, 36 yaşlı Dmitri Brejnev bank dələduzlarının qurbanı olub
Maraqlı
496
22 Aprel , 2021 14:59
Brejnevin nəticəsi dələduzluğun qurbanı oldu

Keçmiş SSRİ-nin lideri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi, 36 yaşlı Dmitri Brejnev bank dələduzlarının qurbanı olub.

“Report” xəbər verir ki, məlumatı “Moskovski komsomoles” yayıb.

Bildirilib ki, bank dələduzları onun 231 min rubl (3020 ABŞ dollar) məbləğində pulunu ələ keçiriblər.

Məlumata görə, naməlum şəxs ona zəng edərək Brejnevin bank kartında şübhəli əməliyyatın aparıldığını deyərək, bu səbəbdən pulunu sığorta hesabına köçürməyi məsləhət görüb. Dmitri dələduzun dediklərini icra edib və göstəirlən məbləğdə pulu əlindən çıxıb.

Məlumata görə, Dmitri Brejnev ABŞ-da yaşayıb, Oksford Universitetini bitirib və Londonda işləyib.

Son xəbərlər

Orphus sistemi