Braziliya məhkəməsi ilk dəfə itlərin mənəvi ziyana görə təzminat almaq hüququnu tanıyıb

Braziliya məhkəməsi ilk dəfə itlərin mənəvi ziyana görə təzminat almaq hüququnu tanıyıb Braziliyanın Parana ştatının məhkəməsi ilk dəfə olaraq itlərin keçmiş sahibləri tərəfindən pis rəftar nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya almaq hüququnu tanıyıb.
Maraqlı
148
17 Sentyabr , 2021 08:20
Braziliya məhkəməsi ilk dəfə itlərin mənəvi ziyana görə təzminat almaq hüququnu tanıyıb

Braziliyanın Parana ştatının məhkəməsi ilk dəfə olaraq itlərin keçmiş sahibləri tərəfindən pis rəftar nəticəsində dəymiş mənəvi ziyana görə kompensasiya almaq hüququnu tanıyıb.

“Report” xəbər verir ki, bu barədə məhkəmə məlumat bazasına istinadən “O Antagonista” nəşri məlumat yayıb.

Belə ki, Spayk və Rembo adlı itlər onları qanuni prosesdə təmsil edən QHT-lərlə birlikdə “iddialı tərəf” statusu alıb.

Məhkəmənin yekdilliklə qəbul etdiyi qərara əsasən onların hər biri mənəvi təzminat olaraq 2 min real (təxminən 400 ABŞ dollar - Red) tələb edə biləcək. İş yenidən baxılması üçün birinci instansiyaya göndərilib.

Qeyd edək ki, keçən ilin avqust ayında Kaşkavel şəhərində polisə ev heyvanlarının uzun müddət baxımsız qalması barədə məlumat daxil olub. Polislər aclıqdan, qorxudan və xəstəlikdən əziyyət çəkən itləri xilas ediblər. Məlum olub ki, ev sahibləri tətilə gediblər.

Daha sonra itlər sahiblərinə qaytarılmayıb, reabilitasiya və sonrakı qulluq üçün yerli heyvan mühafizə təşkilatına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi