Böyük Britaniyada qocaman ağacın cinsi dəyişib

Böyük Britaniyada qocaman ağacın cinsi dəyişib Uelsin Brekon şəhəri yaxınlığında yaşı üç minə yaxın olduğu bildirilən qaraçöhrə ağacının cinsi dəyişib.
Maraqlı
28 Noyabr , 2020 13:21
Böyük Britaniyada qocaman ağacın cinsi dəyişib

Uelsin Brekon şəhəri yaxınlığında yaşı üç minə yaxın olduğu bildirilən qaraçöhrə ağacının cinsi dəyişib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu növ ağacların kişi cinsinə xas olan kiçik qozalar əvəzinə qadın cinsinə xas olan al-qırmızı meyvələr çıxmağa başlayıb.

Meşələrin mühafizəsi ilə məşğul olan “Woodland Trust” xeyriyyə təşkilatının mətbuat katibi Rubi Harrison nadir hallarda görülən belə hadisələrin adətən daxili sarsıntı, yaxud ətraf mühitin dəyişməsi ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, 2015-ci ildə Şotlandiyada da qaraçöhrə ağacında bu cür çevrilmə baş vermişdi.

Son xəbərlər

Orphus sistemi