Böyük Britaniyada qədim qaya rəsmləri aşkarlanıb

Böyük Britaniyada qədim qaya rəsmləri aşkarlanıb Böyük Britaniyanın cənubunda, La Manş boğazında yerləşən Cersi (Jersy) adasında arxeoloqlar tərəfindən 14-23 min il əvvəl yarandığı güman edilən qaya rəsmləri aşkar edilib.
Maraqlı
425
20 Avqust , 2020 14:52
Böyük Britaniyada qədim qaya rəsmləri aşkarlanıb

Böyük Britaniyanın cənubunda, La Manş boğazında yerləşən Cersi (Jersy) adasında arxeoloqlar tərəfindən 14-23 min il əvvəl yarandığı güman edilən qaya rəsmləri aşkar edilib.

“Report” “BBC”yə istinadən xəbər verir ki, daş lövhələr üzərində olan və uzaq keçmişin ovçu və toplayıcıları tərəfindən çəkilən həmin rəsmlər Britaniya adalarının ən qədim sənət nümunələridir.

London Təbiət Tarixi Museyinin əməkdaşı Silvia Bellonun sözlərinə görə, tapılan rəsmlərin çoxu kəsişən xətlərdən ibarət olsa da, bəzilərində heyvan təsvirinə bənzəyir, aralarında insan sifətini xatırladanlar da var.

Nyukastl Universitetinin əməkdaşı Şantal Koneller tapılan nümunələrin Qərbi Avropa ərazisində geniş intişar tapan Madlen arxeoloji mədəniyyətinə aid olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi