Bill Qeyts dünya zənginlərinin siyahısında geriləyib

Bill Qeyts dünya zənginlərinin siyahısında geriləyib “Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.
Maraqlı
6 Noyabr , 2019 01:10
Bill Qeyts dünya zənginlərinin siyahısında geriləyib

“Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeyts dünya zənginlərinin siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.

“Report” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Qeyd olunub ki, onun yerini Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” moda evinin sahibi, varidatı 107 milyard dollaradək artan Bernar Arno tutub.

Nəticədə Bill Qeyts 106, 8 milyard dollar varidatla üçüncü yerdə qərarlaşıb.

“Amazon.com” satış portalının sahibi Ceff Bezos isə 112,4 milyard dollarlıq varidatla dünya zənginlərinin siyahısına başçılıq edir.

Son xəbərlər

Orphus sistemi