Barak Obama xatirələrini dərc etdirəcək

Barak Obama xatirələrini dərc etdirəcək ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama prezident seçkilərini bitdikdən sonra öz siyasi memuarlarının nəşr olunacağını elan edib.
Maraqlı
636
18 Sentyabr , 2020 05:57
Barak Obama xatirələrini dərc etdirəcək
Barak Obama

ABŞ-ın keçmiş dövlət başçısı Barak Obama prezident seçkiləri bitdikdən sonra özünün siyasi memuarlarının nəşr olunacağını elan edib.

"Report" xəbər verir ki, bu barədə CNN bildirib.

ABŞ-ın sabiq prezidentinin siyasi karyerası haqqında xatirələrlə dolu birinci kitabı "Vəd edilmiş torpaq” adı ilə çıxacaq. Kitab 17 noyabrdan satışda olacaq.

"Vəd edilmiş torpaq"da prezidentliyim, millət olaraq mübarizə apardığımız qüvvələr haqqında, fikir ayrılıqlarımızı necə həll edə biləcəyimiz və demokratiyanı hər kəs üçün işlədəcəyimiz barədə dürüst danışmağa çalışacağam", - Obama deyib.

Telekanalın məlumatına görə, kitab eyni zamanda 25 dildə çıxacaq. Memuarların qalın cildləmədə kağız versiyası təxminən 45 ABŞ dollarına satılacaq. Audiokitabı 40 ABŞ dollarına əldə etmək mümkün olacaq.

Qeyd edək ki, daha əvvəl sabiq prezidentin xanımı Mişel Obama özünün memuarlarlarını "Formalaşma" adı ilə dərc edib. Kitab 2018-ci ildə işıq üzü görüb və milyonluq tirajlarla satılıb.

Son xəbərlər

Orphus sistemi