"Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək

"Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək Konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq
Maraqlı
1701
29 Dekabr , 2016 23:06
Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.

O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq. "Hər stansiyada 1,5 saat davam etməklə, öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək" – deyə QSC rəsmisi bildirib.

Nəsimi Paşayev qeyd edib ki, metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarında" 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində konsert proqramları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi