Bakı əcnəbi işçilər üçün ucuz şəhərlərdən biridir

Bakı əcnəbi işçilər üçün ucuz şəhərlərdən biridir Əcnəbi işçilərin yaşaması üçün ən bahalı şəhərlər Honkonq, Luanda, Sürixdir
Maraqlı
22 İyun , 2016 13:55
Bakı əcnəbi işçilər üçün ucuz şəhərlərdən biridir

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı əcnəbi işçilərin yaşayışı üçün ən bahalı şəhərlər siyahısında 172-ci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Mercer" analitik şirkətinin illik reytinqində məlumat verilib.

Reytinqin tərtib edilməsi üçün dünya üzrə 209 şəhərdə mənzil, nəqliyyat, qida, geyim və əyləncə xərcləri araşdırılıb və müqayisə edilib.

Reytinqinə əsasən, əcnəbi işçilərin yaşaması üçün ən bahalı şəhərlər Honkonq (Çin), Luanda (Anqola), Sürixdir (İsveçrə).

Regionun şəhərləri arasında Yerevan 189-cu, Tbilisi 198-cidir.

Əcnəbi işçilərin yaşaması üçün ən ucuz şəhərlər isə Bişkek (Qırğızıstan), Keyptaun (Cənubi Afrika), Vindhukdur (Namibiya).

Son xəbərlər

Orphus sistemi