Azərbaycan dünyanın üç ən nikbin ölkəsindəndir

Azərbaycan dünyanın üç ən nikbin ölkəsindəndir Dünya əhalisinin 43 faizi qarşıdan gələn 2021-ci ilə dair nikbindir, 26 faizi mühüm dəyişikliklər gözləmir, 24 faizi isə bədbinliyə qapılıb.
Maraqlı
1637
26 Dekabr , 2020 11:16
Azərbaycan dünyanın üç ən nikbin ölkəsindəndir

Dünya əhalisinin 43 faizi qarşıdan gələn 2021-ci ilə dair nikbindir, 26 faizi mühüm dəyişikliklər gözləmir, 24 faizi isə bədbinliyə qapılıb.

“Report” xəbər verir ki, “Gallup İnternational” araşdırma assosiasiyası tərəfindən 41 ölkədə həyata keçirilən “Səadət əmsalı” adlı rəy sorğusu iştirakçılarının 7 faizi cavab verməkdə çətinlik çəkib.

Bütövlükdə, dünya nikbinlik indeksi son üç ilin ən yüksək həddi olan 19 faiz bəndinə yüksəlib. Ən nikbin ölkələr Nigeriya (69 faiz), İndoneziya (66 faiz) və Azərbaycandır (65 faiz).

Eyni zamanda, gələn ilə dair dünyanın ən bədbin ölkələri İtaliya (mənfi 43 faiz), Honkonq (mənfi 34 faiz), Polşa (mənfi 32 faiz) diqqət çəkir.

Son xəbərlər

Orphus sistemi