​Avstriyada Hitlerin doğulduğu ev müsadirə oluna bilər

​Avstriyada Hitlerin doğulduğu ev müsadirə oluna bilər Ev adı açıqlanmayan qadına məxsusdur
Maraqlı
16 Yanvar , 2015 04:58
​Avstriyada Hitlerin doğulduğu ev müsadirə oluna bilər

Bakı. 16 yanvar. REPORT.AZ/ Avstriya hakimiyyəti mülkiyyətçi satmaqdan imtina edəcəyi təqdirdə, Adolf Hitlerin doğulduğu evi müsadirə etmək imkanlarını araşdırır.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Bina ölkənin şimalındakı Braunauda, Almaniya ilə sərhəd yaxınlığında yerləşir. Hitler ömrünün ilk üç ilini bu evdə keçirib. Ev adı hakimiyyət tərəfindən açıqlanmayan qadına məxsusdur.

Qəzet yazır ki, hakimiyyət 1972-ci ildə onun mübahisəli istifadəsindən yayınmaq üçün evi öz idarəçiliyi altına götürüb. Həmin il imzalanan sənədə görə, bina yalnız "təhsil, sosial və inzibati" məqsədlər üçün istifadə oluna bilər.

Lakin artıq üç ildir ki, bina boşdur. Mülkiyyətçi evdə təmir işlərinin aparılmasına icazə verməkdən imtina edir.

Ölkənin Daxili İşlər Nazirliyi binanın alınması ilə bağlı mülkiyyətçiyə təklif irəli sürüb. Cavab hələ gəlməyib, lakin hakimiyyət binanın müsadirə olunmasının yollarını axtarır.

Son xəbərlər

Orphus sistemi