Avstraliya sakini lotereyada tropik ada qazanıb

Avstraliya sakini lotereyada tropik ada qazanıb Uduşlu biletlərin qiyməti təxminən 50 Avstraliya dolları olub
Maraqlı
27 İyul , 2016 15:13
Avstraliya sakini lotereyada tropik ada qazanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, adanı lotoreyaya "qoyanlar" Daq və Salli Baytslar olub. Onlar ötən əsrin 90-cı illərindən Kusaiedə yaşasalar da, nəvələrinə görə vətənlərinə - Avstraliyaya qayıtmaq qərarına gəliblər.

Uduşlu biletlərin qiyməti təxminən 50 Avstraliya dolları (36 ABŞ dolları) olub. Lotoreyada 50 mindən çox insan iştirak edib. Qalibin kimliyi tam bəlli deyil, yalnız onun adının Coşua olduğu məlumdur.

Baytsların dediyinə görə, onlar adalarını normal yolla satmaq istəməyib. Satışa maraq qatmaq istəyən cütlük oğulları Adamın ideyası əsasında lotoreya təşkil edib.

Son xəbərlər

Orphus sistemi