Avstraliya adasına Britaniya Kraliçası II Elizabetin adı veriləcək

Avstraliya adasına Britaniya Kraliçası II Elizabetin adı veriləcək Avstraliyanın Baş naziri Skott Morrison Kanberradakı Aspen adasının adının 2022-ci ildə taxt-tacının 70 illiyini qeyd edən Britaniya Kraliçası II Elizabetin şərəfinə dəyişdirildiyini açıqlayıb.
Maraqlı
2 Yanvar , 2022 07:33
Avstraliya adasına Britaniya Kraliçası II Elizabetin adı veriləcək

Avstraliyanın Baş naziri Skott Morrison Kanberradakı Aspen adasının adının 2022-ci ildə taxt-tacının 70 illiyini qeyd edən Britaniya Kraliçası II Elizabetin şərəfinə dəyişdirildiyini açıqlayıb.

Bu barədə “Report” Baş nazirin saytına istinadən xəbər verir.

"Kanberradakı Berli Qriffin gölündəki Aspen adası 2022-ci ilin iyununda keçiriləcək xüsusi tədbir zamanı Kraliça II Elizabet adası adlandırılacaq", - Baş nazirin saytında deyilir.

Skott Morrison qeyd edib ki, yetmiş illik səlahiyyət müddəti çox böyük nailiyyətdir.

Onun sözlərinə görə, Kraliça Avstraliya xalqına həmişə dərin məhəbbət bəsləyib.

Son xəbərlər

Orphus sistemi