Arnold Şvarsenegger casus serialına çəkilir

Arnold Şvarsenegger casus serialına çəkilir Məşhur "Terminator" filminin ulduzu, idmançı aktyor Arnold Şvarsenegger casuslar haqqında serialda baş rolu oynayacaq.
Maraqlı
713
2 Sentyabr , 2020 03:25
Arnold Şvarsenegger casus serialına çəkilir
Arnold Şvarsenegger

Məşhur aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, "Terminator" filminin ulduzu Arnold Şvarsenegger casuslar haqqında serialda baş rolu oynayacaq.

“Report” xəbər verir ki, bu barədə “Variety" bildirir.

Qeyd edilir ki, idmançı aktyor həm də filmin icraçı prodüseri olacaq.

Süjet haqqında yalnız bu məlumdur: - söhbət ata və qızının macəralarından gedir. Filmdə qadın qəhrəman rolunu kimin oynayacağı hələ bildirilmir. Serial Şvarseneggerin televiziyada birinci böyük işi olacaq.

Layihə ilə “Skydance” şirkəti məşğul olur. Bu, şirkətlə aktyorun ilk əməkdaşlığı deyil. Arnold Şvarsenegger və şirkət 2015 və 2019-cu illərdə birlikdə "Terminator” filminin iki versiyası üzərində çalışıblar.

Son xəbərlər

Orphus sistemi