Kolumbiyada aptek sakinə 3,5 milyon ABŞ dolları qazandırdı

Kolumbiyada aptek sakinə 3,5 milyon ABŞ dolları qazandırdı Kolumbiyanın Medelin şəhərinin sakini yerli aptekdə lotereya biletini alaraq 3,5 milyondan çox ABŞ dolları udub.
Maraqlı
23 Noyabr , 2020 04:39
Kolumbiyada aptek sakinə 3,5 milyon ABŞ dolları qazandırdı

Kolumbiyanın Medelin şəhərinin sakini yerli aptekdə lotereya bileti alaraq, 3,5 milyondan çox ABŞ dolları udub.

“Report” xəbər verir ki, bu barədə “La FM” radiostansiyası xəbər verir.

Ölkədəki lotereya oyunlarının təşkilatçı şirkəti “Baloto Revancha” tvitterdəki səhifəsində bildirib ki, qələbə kişiyə 3 561 360 ABŞ dolları qazandırıb. "Bu dəfə bəxti gətirən əbədi bahar şəhərində yaşayır", - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi