Antarktidadan Uels boyda nəhəng aysberq qopub

Antarktidadan Uels boyda nəhəng aysberq qopub Onun sahəsi təqribən 6 min kvadratkilometr təşkil edir
Maraqlı
12 İyul , 2017 14:23
Antarktidadan Uels boyda nəhəng aysberq qopub

Bakı. 12 iyul. REPORT.AZ/ Alimlər Antarktidanın qərbində Larsen S buzlağından nəhəng parçanın ayrıldığını və nəticədə tarixin ən böyük aysberqlərindən birinin yarandığını xəbər veriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, onun sahəsi təqribən 6 min kvadratkilometr təşkil edir. Bu isə Uelsin ölçüsü ilə müqayisə oluna bilər.

Alimlər nəhəng aysberqin ayrılmasını uzun müddətdir gözləyiblər. Belə ki, hələ 2011-ci ildə buzlaqda çat aşkar edilib, 2014-cü ildə isə çat sürətlə artmağa başlayıb.

Alimlərin sözlərinə görə, hazırda çatın ölçüsü sürətlə böyüyür, qopan hissəni isə cərəyanlar və külək Atlantik okeanına apara bilər.

Son xəbərlər

Orphus sistemi