“Amazon”un təsisçisi ABŞ-ın ən zəngin vətəndaşı olub

“Amazon”un təsisçisi ABŞ-ın ən zəngin vətəndaşı olub “Amazon” onlayn alış-veriş portalının təsisçisi və rəhbəri, iş adamı, sərmayədar və xeyriyyəçi Ceff Bezos ABŞ-ın 400 ən zəngin vətəndaşının siyahısına ikinci dəfədir başçılıq edir.
Maraqlı
1 Oktyabr , 2019 20:09
“Amazon”un təsisçisi ABŞ-ın ən zəngin vətəndaşı olub

“Amazon” onlayn alış-veriş portalının təsisçisi və rəhbəri, iş adamı, sərmayədar və xeyriyyəçi Ceff Bezos ABŞ-ın 400 ən zəngin vətəndaşının siyahısına ikinci dəfədir başçılıq edir.

“Report” “Forbes” dərgisinə istinadən xəbər verir ki, ötən il 160 milyard dolları olan C.Bezosun varidatı bu il cəmi 114 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da həyat yoldaşı Makenzi ilə boşanma prosesinin fəsadı olaraq ortaya çıxıb.

Belə ki, tarixin ən bahalı boşanması kimi tanınan bu proses nəticəsində Ceff Bezosdan 29 yaş gənc olan Makenziyə ərinin varidatının dörddəbir hissəsi çatıb.

Son xəbərlər

Orphus sistemi