Almaniyada Berlin divarının bütöv qalmış hissəsi aşkar olunub - VİDEO

Almaniyada Berlin divarının bütöv qalmış hissəsi aşkar olunub - VİDEO Divarda tikanlı məftillər, siqnal və elektrik naqilləri qalıb
Maraqlı
24 Yanvar , 2018 23:49
Almaniyada Berlin divarının bütöv qalmış hissəsi aşkar olunub - VİDEO

Bakı. 24 yanvar. REPORT.AZ/ Alman tarixçi Kristian Borman meşədə Berlin divarının bütöv qalmış 80 metr uzunluğunda olan hissəsini aşkar edib.

“Report” xəbər verir ki, divarın bütöv bir hissəsi Berlinin Pankov dairəsinin Berlin-Şyonxolts dəmiryolu stansiyası yaxınlığında yerləşən meşə zolağında yerləşir.

37 yaşlı tarixçi Borman tapıntının videosunu öz bloqunda paylaşıb.

Divarda tikanlı məftillər, siqnal və elektrik naqilləri qalmaqdadır.

Borman bildirib ki, hasarın bu hissəsi ən köhnələrdəndir, çünki ilk olaraq bu inşa edilib.

Bununla yanaşı tarixçi divarın bütöv qalmış hissəsi barədə 1999-cü ildən xəbərdar olsa da, bunu gizli saxlamaq qərarına gəlib.

Berlin divarı 1961-ci ilin avqustunda inşa edilib və 30 il ərzində Şərqi və Qərbi Berlini bir-birindən ayırıb. Onun uzunluğu 155 km təşkil edib. Divarın təqribən 40 km-dən bir qədər çox hissəsi paytaxt ərazisinə düşüb. 1990-cı ildə divar dağıdılıb. Abidə kimi divarın 1,3 km uzunluğunda hissəsi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi