Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar

Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar Almaniyanın Maks Plank Astronomiya İnstitutunun alimləri qırmızı cırtdan orbitində Qlize 486 planetini aşkarlayıblar.
Maraqlı
6 Mart , 2021 01:59
Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar

Almaniyanın Maks Plank Astronomiya İnstitutunun alimləri qırmızı cırtdan tipli ulduz sisteminin orbitində Qlize 486 planetini aşkarlayıblar.

“Report” xəbər verir ki, bununla bağlı məqaləni “Science” jurnalı dərc edib.

Qlize 486 Yer kürəsindən 26 işıq ili məsafədə yerləşir. Alimlər ekzoplaneti Qlize 486b adlandırıblar. Yeni planet Yer kürəsindən 30 faiz daha böyükdür və 2,8 dəfə ağırdır.

Qlize 486b öz günəşi ətrafında bir gün yarım ərzində 2,5 milyon kilometr dövr edir. Onun səthində temperatur 700 kelvinə (Beynəlxalq Ölçü Sistemində termodinamika temperaturu vahidi -red) çatır. Bu, yeni planeti Venera planetinə bənzədir. Əgər onun səthinin temperaturu yüz dərəcə artıq olsaydı, planet lava ilə örtülərdi və buxarlanmış suya malik olardı.

Son xəbərlər

Orphus sistemi