Alimlər milyonlarla pinqvinin olduğu ada aşkarlayıblar - VİDEO

Alimlər milyonlarla pinqvinin olduğu ada aşkarlayıblar - VİDEO Bakı. 4 mart. REPORT.AZ/ Alimlər Antarktidanın az öyrənilmiş ərazisində 1,5 milyon pinqvinin olduğu adanı aşkarlayıblar.
Maraqlı
4 Mart , 2018 07:39
Alimlər milyonlarla pinqvinin olduğu ada aşkarlayıblar - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Alimlər Antarktidanın az öyrənilmiş ərazisində 1,5 milyon pinqvinin olduğu adanı aşkarlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Scientific Reports" məlumat yayıb.

Məlumata görə, pinqvinlərin miqrasiya yolunu araşdıran alimlər həmin heyvanların bu miqdarda sayını Deyncer adalarında aşkarlayıblar. Tədqiqatçılara bu tapıntıda kosmosdan aparılan çəkilişlər də kömək edib.

Bildirilir ki, ərazidə heyvanların 750 min yuvası tapılıb. 

Son xəbərlər

Orphus sistemi