Alimlər insanların nə qədər plastik tullantısı yaratdıqlarını hesablayıblar

Alimlər insanların nə qədər plastik tullantısı yaratdıqlarını hesablayıblar Plastik markalarının əksəriyyəti mikrobların təsirinə məruz qala bilmir.
Maraqlı
19 İyul , 2017 22:35
Alimlər insanların nə qədər plastik tullantısı yaratdıqlarını hesablayıblar

Bakı. 19 iyul. REPORT.AZ/ Plastikin yarandığı ilk gündən bəri bəşər övladı 8 milyard ton plastik istehsal edib. Onların üçdə ikisi hazırda tullantı kimi dünyaya yayılıb. Əksəriyyəti dünya okeanı üzərində tullantı nöqtələri kimi görünür.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Corciya universitetinin alimi Yenna Yambek məlumat verib.

Plastik markalarının əksəriyyəti mikrobların təsirinə məruz qala bilmir. Bu səbəbdən də həmin plastik tullantıları çürüntüyə çevrilmir və yüz illərlə planetimizdə tullantı kimi qalaraq ekologiyanı çirkləndirəcək.

Hər il dünyada 300 milyon ton plastik tullantısı formalaşır.

Hesablamalar göstərir ki, bu sənaye 1950-ci ildən bəri yüksək templərlə inkişaf edib. Əgər 1950-ci ildə dünyada 2 milyon ton plastik tullantısı formalaşırdısa, indi bu rəqəm 400 milyon tondur. 

Son xəbərlər

Orphus sistemi