Alimlər havasız yaşaya bilən canlı aşkarlayıb

Alimlər havasız yaşaya bilən canlı aşkarlayıb Alimlər yaşamaq üçün havaya ehtiyacı olmayan çoxhüceyrəli orqanizm aşkar ediblər.
Maraqlı
27 Fevral , 2020 17:44
Alimlər havasız yaşaya bilən canlı aşkarlayıb

Alimlər yaşamaq üçün havaya ehtiyacı olmayan çoxhüceyrəli orqanizm aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə Tel-Əviv Universitetinin press-rezilində deyilir.

Qızılbalıqda tapılan parazitin adı "Henneguya salminicola"dır.

Araşdırma zamanı alimlər parazitdə mitoxodrial genomun olmadığını tədqiq ediblər. Bu o deməkdir ki, orqanizmin yaşaması üçün hava şərt deyil. Daha öncə məhdud oksigen miqdarı şəraitində sağ qala bilən orqanizmlərin olduğu bilinirdi, ancaq bu, tamamilə oksigensiz yaşaya bilən ilk çoxhüceyrəli canlıdır.

“Henneguya salminicola”nın təkamül nəticəsində mitoxondrilərini itirdiyi güman edilir. Araşdırmaçılar onların kəşflərinin nəinki yerdə, həm də kosmik həyat anlayışına da təsir edəcəyinə əmindirlər.

Son xəbərlər

Orphus sistemi