Alimlər Avropanın bir hissəsinin su altında qalacağı vaxtı açıqlayıblar

Alimlər Avropanın bir hissəsinin su altında qalacağı vaxtı açıqlayıblar Mütəxəssislərin qənaətincə, istiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər
Maraqlı
149
27 Mart , 2017 19:33
Alimlər Avropanın bir hissəsinin su altında qalacağı vaxtı açıqlayıblar

Bakı. 27 mart. REPORT.AZ/ Bu yüzilliyin sonunadək 5 milyon avropalının evindən məhrumolma təhlükəsi var və onların evləri su altında qala bilər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyası Araşdırmalar Mərkəzi Birliyinin mütəxəssisləri bildiriblər.

Onlar xəbərdarlıq ediblər ki, qlobal istiləşmə nəticəsində Şimal və Baltik dənizlərinin səviyyəsi təhlükəli həddi aşacaq və Avropanın sahilyanı dövlətləri su altında qalacaq: "İstiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər." 

Ümumiyyətlə, 2016-cı ildə Sena, Dunay, Reyn və Nekkara çaylarının səviyyəsi normadan atıq olub və həmin çayların sahillərini su basıb. Təbii fəlakət zamanı Fransanın şimal rayonlarından bir neçə min sakini təxliyyə edilib. 

Son xəbərlər

Orphus sistemi