​Alen Delonun "Ferrari"si 14 milyon avroya satılıb

​Alen Delonun "Ferrari"si 14 milyon avroya satılıb Satılan avtomobil uzun müddət itmiş hesab olunub
Maraqlı
7 Fevral , 2015 06:45
​Alen Delonun Ferrarisi 14 milyon avroya satılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Fransalı aktyor Alen Delona məxsus olan "Ferrari" avtomobili hərracda 14 milyon avrodan baha satılıb.

"Report" xəbər verir ki, bu barədə "Les Echos" nəşri yazıb.

Nəşrin məlumatına görə, "Ferrari 250 GT SWB California Spider" modeli cəmi 37 ədəd istehsal olunub.

Həmçinin qeyd olunur ki, satılan avtomobil itmiş hesab olunub. Lakin bir müddət əvvəl o, Fransa fermalarından birində aşkar edilib.

Son xəbərlər

Orphus sistemi