ABŞ lotereyasında 900 milyon dollarlıq cekpotu udan olmayıb

ABŞ lotereyasında 900 milyon dollarlıq cekpotu udan olmayıb "Powerball" lotereyasında ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi iştirak edir
Maraqlı
11 Yanvar , 2016 05:17
ABŞ lotereyasında 900 milyon dollarlıq cekpotu udan olmayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ tarixində ən böyük, 900 milyon dollarlıq lotereya cekpotunu heç kim udmayıb. "Report" BBC-yə istinadən xəbər verir ki, Powerball tirajı qalibsiz nəticələnib.

Tirajdan əvvəl lotereya biletlərinin satış yerlərində uzun növbələr müşahidə olunub və uduş məbləği sürətlə artıb.

Beləliklə, uduş məbləği çərşənbə günü keçiriləcək tiraja əlavə olunur və növbəti cekpotun 1,3 milyard dollar olacağı proqnozlaşdırılır.

Şənbə günü keçirilən tirajda udan rəqəmlər 32, 16, 19, 57 və 34, Powerball rəqəmi isə 13 olub.

"Powerball" lotereyasında ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi iştirak edir. Tiraj hər çərşənbə və şənbə günləri yerli vaxtla 22:59-da keçirilir.

Qaliblərin iki seçimi olur: bütöv cekpotu 29 il ərzində, illik ödəmələrlə almaq və ya birdəfəlik, daha kiçik məbləğ almaq. Bu səfər "daha kiçik" məbləğ 558 milyon dollar olacaqdı.

Son xəbərlər

Orphus sistemi