​ABŞ "Kalaşnikov" istehsal edəcək

​ABŞ "Kalaşnikov" istehsal edəcək 2015-ci ilin ikinci rübündən şirkət "Kalaşnikov"la yanaşı, yivsiz ov tüfəngləri də buraxacaq
Maraqlı
811
21 Yanvar , 2015 19:55
​ABŞ Kalaşnikov istehsal edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın "Kalaşnikov" avtomat silahının idxalı ilə məşğul olan ABŞ-ın "Russian Weapon Company" adlı şirkəti yaxın zamanda bu silahın istehsalına başlayacaq.

"Report" "CNN"ə istinadən xəbər verir ki, 2015-ci ilin ikinci rübündən şirkət "Kalaşnikov"la yanaşı, yivsiz ov tüfəngləri də istehsal edəcək.

Şirkətin icraçı direktoru Tomas Makkrossinin sözlərinə görə, müəssisənin bu addımı atmasına səbəb ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsidir. Həmin yasağa əsasən, şirkət ABŞ ərazisinə odlu silah ixrac edə bilmir. Məlumatda bildirilib ki, sanksiyayadək müəssisə Rusiyadan kifayət qədər silah ixrac etsə də, bu, tələbatın çoxluğundan yetərli olmayacaq.

"Made in USA" ("ABŞ malı") markası ilə avtomat "AK-47 " adı altında istehsal olunacaq. 

Son xəbərlər

Orphus sistemi