ABŞ-ın kosmik aparatı Marsda ilk dəfə hərəkətə başladı  

ABŞ-ın kosmik aparatı Marsda ilk dəfə hərəkətə başladı   ABŞ-ın “Perseverance” kosmik aparatı Marsdə ilk test gəzintisini edib
Maraqlı
535
6 Mart , 2021 04:59
ABŞ-ın kosmik aparatı Marsda ilk dəfə hərəkətə başladı   

ABŞ-ın “Perseverance” kosmik aparatı Marsdə ilk test gəzintisini edib.

“Report” xəbər verir ki, bu barədə kosmik aparatın tvitterdəki səhifəsində bildirilir.

"Mən yoldayam! İndicə təxminən 5 metr məsafə qət edərək Marsda ilk sınaq hərəkətimi keçdim. Hələ görüləsi çox şey var ", - deyə kosmik aparatın adından yayımlanan mesajda deyilir.

Fevralda “Perseverance” Yezero krateri ərazisinə müvəffəqiyyətlə eniş edib. Aparat Marsda həyat izlərini axtaracaq və planetin quru soyuq planetə onun çevrilməsinin səbəblərini müəyyənləşdirmək anlamaq üçün geoloji quruluşunu araşdıracaq. Bundan başqa, kosmik aparat insanların gələcəkdə Marsda mümkün ekspedisiyaları üçün bir sıra faydalı sınaqlar keçirəcək.

Daha əvvəl Çinin Milli Kosmik İdarəsi Marsdan üç yeni şəkil yayıb. Kadrlar ölkənin "Qırmızı planet"dəki ilk zondu "Tyanven-1" zondu tərəfindən çəkilib.

Son xəbərlər

Orphus sistemi