ABŞ-ın ən yaşlı sakini vəfat edib

ABŞ-ın ən yaşlı sakini vəfat edib Adel Danlapın 114 yaşı var idi
Maraqlı
10 Fevral , 2017 06:26
ABŞ-ın ən yaşlı sakini vəfat edib

Bakı. 10 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların ən yaşlı sakini 114 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "Fox News" telekanalı məlumat yayıb.

Adel Danlap doğma ştatı Nyu-Cersinin Fleminqton şəhəri yaxınlığındakı xəstəxanada keçinib.

1902-ci ildə Nyuarkda dünyaya gəlmiş Danlap ailə quranadək müəllim işləyib, üç uşaq böyüdüb. Uzunömürlü qadının sığorta şirkətində işləyən əri 1963-cü ildə dünyadan köçüb.

Amerikanın "Gerontology Research Group" Gerontologiya Xidməti əməkdaşlarının məlumatına görə, indi ABŞ-ın ən yaşlı sakini 113 yaşlı Delfin Qibson hesab olunur. O, Pensilvaniya ştatında yaşayır.

Son xəbərlər

Orphus sistemi