ABŞ-da tədqiqat: 2050-ci ilə qədər müsəlmanların sayı xristianların sayına bərabər olacaq

ABŞ-da tədqiqat: 2050-ci ilə qədər müsəlmanların sayı xristianların sayına bərabər olacaq 2070-ci ildə müsəlmanlar əksəriyyət təşkil edəcək
Maraqlı
151
3 Aprel , 2015 12:26
ABŞ-da tədqiqat: 2050-ci ilə qədər müsəlmanların sayı xristianların sayına bərabər olacaq

Bakı. 3 aprel. REPORT.AZ/ 2050-ci ilə qədər müsəlmanların sayı xristianların sayına bərabər olacaq, 2070-ci ildə isə müsəlmanlar əksəriyyət təşkil edəcək. "Report" "TASS"a istinadən xəbər verir ki, bu proqnoz Vaşinqtonda Pyu adına tədqiqat mərkəzinin profil bölməsi tərəfindən yayılan məruzədə yer alır. 

Məruzəyə əsasən, 2010-cu ilə olan vəziyyətə görə, dünyada 2,2 mlrd. xristian var idi. Onlar Yer kürəsinin üçdə bir hissəsini (31%) təşkil edirdi. Müsəlmanlarda bu göstərici daha aşağı olub - 1,6 mlrd. (23%).

Lakin islam dininə etiqad edənlər demoqrafik olaraq planetin ən dinamik inkişaf edən regionlarında yaşayır. Amerikalı mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər onların ümumi sayı 35% xristiana qarşı 73% artacaq. Nəticədə Yer planetinin 9,3 mlrd əhalisi arasında 2,8 mlrd. müsəlman və 2,9 mlrd. xristian olacaq. 

Avropada  miqrasiyası nəticəsində müsəlmanların sayı əhalinin ümumi sayının 10%-ni təşkil edəcək. Böyük Britaniya, Niderland, Fransa da daxil olmaqla, bir sıra ölkələrdə xristianlar artıq əksəriyyət təşkil etməyəcək. 

Vaşinqton tədqiqatçılarının proqnozlarına əsasən, ümumilikdə dünyada ateistlər, aqnostiklər və özlərini heç bir dinə aid etməyən insanların payı azalacaq. 

Son xəbərlər

Orphus sistemi