​ABŞ-da müsəlmanların saqqal saxlamasına icazə verilib

​ABŞ-da müsəlmanların saqqal saxlamasına icazə verilib Məhkəmə məhbusun saqqal saxlamaqla bağlı iddiasını təmin edib
Maraqlı
21 Yanvar , 2015 02:57
​ABŞ-da müsəlmanların saqqal saxlamasına icazə verilib

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Ali Məhkəməsi həbsdə olan müsəlmanların saqqal saxlamasına icazə verilməsini tələb edən Qreqori Holtun iddiasını təmin edib.

"Report" xəbər verir ki, bunadək ümumi həbsxana qaydalarına əsasən, məhbuslara 0,25 düym (5 mm) uzunluğunda saqqal saxlamaq icazəsi verilirdi.

Lakin Holt bir müsəlman olaraq ən azı bir santimetr uzunluğunda saqqal saxlamaq hüququnun olduğunu təkid edirdi.

Məhkəmə qərara alıb ki, mövcud məhdudiyyət Holtun din azadlığı ilə bağlı konstitusiya hüquqlarını pozur və onun, həmçinin onunla eyni dinə etiqad edənlərin daha uzun saqqal saxlamasına icazə verib.

Son xəbərlər

Orphus sistemi