ABŞ-da Marsda həyatın imitasiyası üzrə 8 aylıq eksperiment başa çatıb

ABŞ-da Marsda həyatın imitasiyası üzrə 8 aylıq eksperiment başa çatıb HI-SEAS izolyasiya layihəsinin iştirakçısı: "Uzunmüddətli kosmik ekspedisiyalar insanlar üçün tamamilə mümkündür"
Maraqlı
19 Sentyabr , 2017 15:37
ABŞ-da Marsda həyatın imitasiyası üzrə 8 aylıq eksperiment başa çatıb
University of Hawaii News

Bakı. 19 sentyabr. REPORT.AZ / Havay Adaları Universitetinin alimləri Mauna-Loa dağlarında aparılan Marsda həyatın imitasiyası üzrə 8 aylıq HI-SEAS eksperimentinin uğurla başa çatması barədə məlumat yayıb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Biz göstərdik ki, uzunmüddətli kosmik ekspedisiyalar insanlar üçün tamamilə mümkündür. Əlbəttə, həm texniki, həm də psixoloji amillər mövcuddur ki, biz HI-SEAS-ın köməyi ilə onların öhdəsindən gəlməliyik. Amma biz kifayət qədər səy göstərsək, hər şey həll oluna bilər", - layihə iştirakçılarından biri Laura Lark bildirib.

HI-SEAS eksperimentinin digər layihələrdən fərqi ondadır ki, "ekipaj" iştirakçıları Mars və yaxud Aya uçuşu yox, onların səthində daimi bazada yaşayışı imitasiya edir. Layihənin iştirakçıları bazanı istənilən anda tərk edə bilər, lakin bunun üçün onlar skafandr (kosmos uçuşları üçün geyim) geyməlidir.

Bu layihə artıq 5 ildir NASA tərəfindən maliyyələşdirilir və onun çərçivəsində artıq bir neçə aydan 1 ilə qədər davam edən Marsa dörd ekspedisiya təşkil olunub. Sonuncu eksperimentdə dörd kişi və iki qız iştirak edib.

Son xəbərlər

Orphus sistemi