​ABŞ-da haqqı pozulan müsəlmana iri məbləğdə kompensasiya ödənilib

​ABŞ-da haqqı pozulan müsəlmana iri məbləğdə kompensasiya ödənilib FTB baş verən hadisə ilə bağlı əl-Kiddən üzrə istəyərək, iri məbləğdə kompensasiya verib
Maraqlı
17 Yanvar , 2015 10:47
​ABŞ-da haqqı pozulan müsəlmana iri məbləğdə kompensasiya ödənilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Federal Təhqiqat Bürosu (FTB)10 il öncə qanunsuz olaraq həbs etdiyi müsəlman Abdullah əl-Kiddiyə ABŞ 385 min dollar məbləğində kompensasiya ödəyib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda zərərçəkənin haqlarını məhkəmədə müdafiə edən Amerika Vətəndaş Azadlığını Müdafiə Birliyi bildirib.

2002-ci ildə əl-Kidd ABŞ-ın Aydaho ştatındakı universitetdə oxuyarkən, terrorçu təşkilatları dəstəkləyənlərlə tanış olduğu üçün şübhəli şəxs kimi FTB agentlərinin diqqətini cəlb edib. O, məsələ ilə bağlı istintaqla fəal şəkildə əməkdaşlıq etdiyi halda 2003-cü ildə Səudiyyə Ərəbistanına uçmaq istəyərkən, gözlənilmədən həbs olunub. Əl-Kidd 16 gün ittiham irəli sürülmədən təcridxanada saxlanılıb.

FTB sonradan açıqlayıb ki, onu ABŞ-ı tərk edərək, tanışı haqda məhkəmədə ifadə verməyəcəyindən ehtiyatlandıqları üçün həbs ediblər. Bununla belə o, ifadə vermək üçün məhkəməyə çağrılmayıb.

2005-ci ildə o, konstitusion hüquqları pozulduğu iddiası ilə ABŞ hakimiyyətini məhkəməyə verib. Nəticədə, FTB baş verən hadisə ilə bağlı əl-Kiddən üzrə istəyərək, iri məbləğdə kompensasiya ödəyib. 

Son xəbərlər

Orphus sistemi