ABBA 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək

ABBA 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək İsveçin məşhur ABBA qrupu 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək.
Maraqlı
156
29 Avqust , 2021 06:22
ABBA 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək

İsveçin məşhur ABBA qrupu 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək.

“Report”un məlumatına görə, bu barədə “The Sun” nəşri yazıb.

Qeyd edilir ki, tədimat sentyabrın 2-ə nəzərdə tutulub.

Əfsanəvi qrupun yeni saytı da fəaliyyətə başlayıb və tvitterdə banner yerləşdirib.

Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə yaradılıb. qrup son albomunu 1982-ci ildə buraxıb. On il sonra kvartet dağılıb. Bu müddətdə qrup tarixin ən məşhur pop-qruplarından birinə çevrilib.

Bununla belə, qrupun ictimaiyyət qarşısında ifa edilməyən bəzi mahnıları 90-cı illərdə yayılıb. Qeyd edək ki, beynəlxalq “Eurovision” mahnı müsabiqəsi tarixində ən böyük mahnı ABBA-ya məxsusdur. Bu, “Waterloo” mahnısıdır.

Dördlüyün həmçinin “Mamma Mia”, “Happy New Year”, “Dancing queen”, “Chiquitita” mahnıları bütün dünyada ən çox dinlənilən mahnılara çevrilib.

Qrupun heyətinə Aqneta Feltskoq, Born Ulveus, Benni Andersson və Anni-Frid Linqstad daxildir. ABBA adı da üzvlərin adlarının baş hərflərindən yaranıb.

ABBA son 2 ildə beş yeni mahnı yazıb. Həmin mahnıları 2020-ci ildə buraxmaq planlaşdırılıb, ancaq texniki çətinliklərə və koronavirus pandemiyasına görə relizləri təxirə salmaq lazım gəlib.

Son xəbərlər

Orphus sistemi