​92 yaşlı qadın bətnində 50 il ölü döl gəzdirib

​92 yaşlı qadın bətnində 50 il ölü döl gəzdirib Rentgen müayinəsindən sonra qadında dölün olduğu aşkarlanıb
Maraqlı
158
20 İyun , 2015 12:16
​92 yaşlı qadın bətnində 50 il ölü döl gəzdirib

Bakı. 20 iyun. REPORT.AZ/ Çilidə 92 yaşlı qadının bətnindən 50 yaşlı mumiyalanmış döl aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Belə ki, qarın boşluğundakı ağrılarla bağlı yaşlı qadın Çilinin San-Antonio şəhərindəki klinikaya müraciət edib. Rentgen müayinəsindən sonra qadında döl olduğu aşkarlanıb.

Həkimlər müəyyən edib ki, doğulmayan körpə 30 həftəlikdir. Başqa sözlə, 92 yaşlı qadın 30 həftəlik hamilədir. Döl isə 50 il öncəki mayalanmanın nəticəsidir.

Xəbərə görə, qadın hamiləliyindən xəbəri olmayıb, döl isə məlum olmayan səbəbdən ölərək, mumiyalanıb və bu müddət ərzində o, yaşlı xanıma ciddi problem yaratmayıb.

Müayinədən sonra həkimlər qərara gəlib ki, dölün ana bətnindən götürülməsi qadının sağlamlığına təhlükə yaradacağından, onu yerində saxlasınlar.

Hazırda qadın evindədir və özünü yaxşı hiss edir. 

Son xəbərlər

Orphus sistemi