13 fevraldan başlayan “Sevgililər günü” - FOTOREPORTAJ

13 fevraldan başlayan “Sevgililər günü” - FOTOREPORTAJ Dünyanın bir çox ölkəsində bəzi insanlar 14 fevralı “Sevgililər günü” kimi qeyd edirlər
Maraqlı
506
13 Fevral , 2021 23:51
13 fevraldan başlayan “Sevgililər günü”  - FOTOREPORTAJ

Azərbaycanda, o cümlədən dünyanın bir çox ölkəsində bəzi insanlar 14 fevralı “Sevgililər günü” kimi qeyd edirlər.

“Report”un məlumatına görə, bu gün üçün ən çox alınan hədiyyələrdən biri də məhz güldür.

Əməkdaşımız bununla əlaqədar “Sevgililər günü”ndən bir gün öncə gül mağazalarında olub. Gecə olmasına baxmayaraq mağazalar “Sevgililər günü” münasibətilə xüsusi olaraq bəzədilib və müştərilərin sayı yetərincə olub.

Satıcılarının sözlərinə görə, sevgililər daha çox ürək formasında şəkil çərçivələri, mücrülər, oyuncaq ayılar və güllərə üstünlük verirlər. Bunlardan əlavə, bu günə məxsusi olaraq hazırlanmış hədiyyə paketləri də satışdadır. Mənzərədən bəlli olur ki, sifarişlər çox olduğu üçün satıcılar gecədən işləməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi