Ziyad Səmədzadə: "Kommersiya bankları reputasiya naminə gəlirlərini müştərilərlə bölüşməlidir"

Ziyad Səmədzadə: "Kommersiya bankları reputasiya naminə gəlirlərini müştərilərlə bölüşməlidir" Parlament komitə sədri: "Hər bir kommersiya bankı müştərisini qorumaq üçün imkanlar axtarmalıdır"
Maliyyə
24 Fevral , 2016 16:21
Ziyad Səmədzadə: Kommersiya bankları reputasiya naminə gəlirlərini müştərilərlə bölüşməlidir

Bakı 24 fevral.REPORT.AZ/ "Hər bir kommersiya bankı öz reputasiyası naminə qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməlidir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dollarla krediti olanların probleminin həlli istiqamətində atılacaq addımlarla bağlı sualın cavabında bildirib: "Sevindirici haldır ki, artıq bəzi banklar öz müştəriləri ilə əlaqə saxlayır, konkret addımlar atır".

"Düşünürəm ki, hər bir kommersiya bankı müştərisini qorumaq üçün imkanlar axtarmalıdır, müştəriləri ilə görüşməlidir. Bu, bütövlükdə dövlət səviyyəsində həll olunmur. Dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib, sosial proqramların həyata keçirilməsində nə kəsir var idisə, həyata keçirib. Hər bir kommersiya bankı öz reputasiyası naminə özünün qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməldir", - deyə Z.Səmədzadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi