​"Ziraat Bankası"nın problemli kreditləri daha sürətlə artır

​"Ziraat Bankası"nın problemli kreditləri daha sürətlə artır Türkiyədə kommersiya banklarının problemli kreditləri son üç ildə 2 dəfə artıb
Maliyyə
17 İyun , 2015 10:44
​Ziraat Bankasının problemli kreditləri daha sürətlə artır

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyənin ən böyük dövlət bankı olan "Ziraat Bankası"nın problemli kreditləri son üç il ərzində 1,908 mlrd. türk lirəsi və ya 3 dəfədən çox artaraq 2,84 mlrd. lirəyə (1,04 mlrd. ABŞ dolları) çatıb.

"Report" xəbər verir ki, bu müddət ərzində problemli kreditlərin artım tempinə görə dövlət bankları arasında "Ziraat Bankası" lider olub.

Ümumiyyətlə, Türkiyədə fəaliyyət göstərən 3 dövlət bankının problemli kreditlərin ümumi həcmi son üç ildə 2,2 dəfə artaraq 11,131 mlrd. lirəyə yüksəlib. "Ziraat Bankası" problemli kreditlər üzrə digər iki dövlət bankı - "Vakıf Bank" və "Halk Bank"dan sonra həcminə görə üçüncüdür.

Qeyd edək ki, 2015-ci il aprelin 1-nə "Vakıf Bank"ın problemli kreditləri 4,17 mlrd. lirə, "Halk Bank"da 3,74 mlrd. lirə təşkil edib. Beləliklə, bank sektoru üzrə məcmu problemli kreditlərin strukturunda dövlət banklarının payı 25,4%-dən 27,9%-ə yüksəlib.

Maraqlıdır ki, 2012-ci il mayın 1-dən 2015-ci il mayın 1-dək Türkiyədəki kommersiya banklarının problemli kreditlərinin həcmi təxminən iki dəfə artaraq 39,8 mlrd. lirəyə çatıb.

Son xəbərlər

Orphus sistemi