“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 88% artıb

“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 88% artıb “Zıraat Bank Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 3,008 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
9 Oktyabr , 2019 14:07
“Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti 88% artıb

“Zıraat Bank Azərbaycan” ASC bu ilin yanvar-sentyabr aylarını 3,008 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 87,5% çoxdur.

9 ay ərzində “Zıraat Bank Azərbaycan”ın gəlirləri 15,78 milyon manat (illik müqayisədə 20,8% çox), xərcləri 9,5 milyon manat (9,1% çox), xüsusi ehtiyatlara ayırmaları 3,187 milyon manat (26,7% çox), mənfəət vergisi ödəmələri isə 86 min manat (63,7% az) təşkil edib.

Bu il oktyabrın 1-nə “Zıraat Bank Azərbaycan”ın aktivləri 227,811 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7% çoxdur. Bunun 127,174 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,4% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın öhdəlikləri 6,2% artaraq 156,943 milyon manata çatıb, o cümlədən depozit portfeli 9,3% azalaraq 79,332 milyon manata düşüb, balans kapitalı isə 4,8% artaraq 70,868 milyon manat təşkil edib. 

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi