“Zıraat Bank Azərbaycan”ın mənfəəti 43% azalıb

“Zıraat Bank Azərbaycan”ın mənfəəti 43% azalıb “Zıraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 219,739 milyon manat təşkil edib.
Maliyyə
26 Aprel , 2019 17:33
“Zıraat Bank Azərbaycan”ın mənfəəti 43% azalıb

“Zıraat Bank Azərbaycan” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 219,739 milyon manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 1,3% azdır.

“Zıraat Bank Azərbaycan”ın aktivlərinin 109,396 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 37,8% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın cəmi öhdəlikləri 2,4% azalaraq 150,925 milyon manata, o cümlədən depozit portfeli 16,9% azalaraq 74,039 milyon manata düşüb.

İl ərzində “Zıraat Bank Azərbaycan”ın cəmi kapitalı isə 1,4% artaraq 78,815 milyon manata çatıb.

Bu ilin I rübündə “Zıraat Bank Azərbaycan”ın faiz gəlirləri 4,445 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 32,5% çox), faiz xərcləri 1,144 milyon manat (5,3% çox), qeyri-faiz gəlirləri 693 min manat (47% az), qeyri-faiz xərcləri 1,696 milyon manat (6,3% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 1,339 milyon manat (4,9 dəfə çox) təşkil edib. Son nəticədə Bank rübü 959 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi