​“Ziraat Bank Azərbaycan” Əmanətlərin Sığortalanması Fonduna üzv olub

​“Ziraat Bank Azərbaycan” Əmanətlərin Sığortalanması Fonduna üzv olub Fonda üzv bankların sayı 44-ə çatıb
Maliyyə
16 May , 2015 13:17
​“Ziraat Bank Azərbaycan” Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Bakı. 16 may. REPORT.AZ/ “Ziraat Bank Azərbaycan” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv olub. Bununla da Fonda üzv olan bankların sayı 44-ə çatıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Fondun yaydığı məlumatda bildirilir. Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka Fondun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, cari il 24 fevraldan etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Son xəbərlər

Orphus sistemi