"Ziraat Bank Azerbaijan"ın rüblük mənfəəti kəskin artıb

"Ziraat Bank Azerbaijan"ın rüblük mənfəəti kəskin artıb Hesabat dövründə Bankın gəlirləri 5 dəfədən, xərcləri isə 11 dəfədən çox artıb
Maliyyə
12 Aprel , 2016 12:55
Ziraat Bank Azerbaijanın rüblük mənfəəti kəskin artıb

Bakı. 12 aprel. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC-nin cari ilin I rübündə gəlirləri 3 063,19 min manat, xərcləri 1 204,62 min manat təşkil edib. "Report"un Bankın hesabatına istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 5 dəfədən çox, xərclər isə 11,4 dəfə artıb.

"Ziraat Bank Azerbaijan" ilk rübdə 2 108,48 min manat həcmində faiz gəliri əldə edib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müayisədə 3,6 dəfə çoxdur. Faiz gəlirlərinin 1 160,61 min manatı (55%-i) kreditlər üzrə ödənilən faizlər hesabına formalaşıb.

Bu müddətdə faiz xərcləri 372,37 min manat (33,8 min manat və ya 9,1% - depozitlər üzrə ödənilən faizlər) təşkil edib. Ötən ilin müvafiq dövründə faiz xərcləri olmayıb.

Beləliklə, cari ilin I rübündə xalis faiz mənfəəti 1 736,11 min manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

Hesabat dövründə qeyri-faiz gəlirləri 954,71 min manat (657,89 min manat və ya 68,9% məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından gəlirlər) təşkil edib. Ötən ilin müvafiq dövründə qeyri-faiz gəlirləri olmayıb.

Bununla yanaşı, qeyri-faiz xərcləri 832,25 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 dəfə çoxdur.

Nəticədə, qeyri-faiz mənfəəti 122,46 min manat olub və bu, illik müqayisədə 15,7% artım deməkdir.

Cari ilin I rübündə Bankın vergilər ödənilənədək mənfəəti illik müqayisədə 24,5 dəfə artaraq 1 995,24 min manata çatıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə bank lisenziyası alan "Ziraat Bank Azerbaijan" ASC Türkiyə "Ziraat Bankı"nın Azərbaycanda törəmə qurumudur.

Son xəbərlər

Orphus sistemi