​"Ziraat Bank Azerbaijan"ın rəsmi açılışı avqustda olacaq

​"Ziraat Bank Azerbaijan"ın rəsmi açılışı avqustda olacaq Bankın "İçərişəhər" filialı artıq fəaliyyətə başlayıb
Maliyyə
28 İyul , 2015 13:07
​Ziraat Bank Azerbaijanın rəsmi açılışı avqustda olacaq

Bakı. 28 iyul. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC-nin rəsmi açılış mərasimi avqust ayının ortalarında Bakı şəhərində keçiriləcək. Bankdan "Report"a verilən məlumata görə, Bankın eyni adlı metro stansiyasının yaxınlığında yerləşən "İçərişəhər" filialı artıq fəaliyyət göstərsə də, rəsmi açılış gələn ay olacaq. Bildirək ki, hazırda Banka yaxınlaşaraq xidmətlərdən yararlanmaq mümükündür. İdarə Heyəti və departamentlərin artıq formalaşmasına baxmayaraq, mətbuat üçün rəsmi xəbərlərin açılışından sonra veriləcəyi bildirilir. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 30 dekabr 2014-cü il tarixli qərarı ilə "Ziraat Bank Azerbaijan" ASC-yə bank lisenziyası verilib.

Aprelin 2-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Ziraat Bank Azerbaijan" ASC-nin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb. Qapalı üsulla yerləşdirilən bu səhm emissiyası hesabına Bankın start nizamnamə kapitalı 50 mln. manat müəyyənləşdirilib.

Xatırladaq ki, "Ziraat Bank Azerbaijan" ASC Türkiyənin "T.C. Ziraat Bankı"nın Azərbaycanda törəmə qurumudur. "T.C Ziraat Bankı" aktivlərinə görə Türkiyənin iri bank təşkilatıdır. Kapitalı 100% Dövlət Xəzinədarlığına aid olan Bankın aktivləri 2015-ci il yanvarın 1-nə 247,6 mlrd. türk lirəsi (TRY) olub. Bu isə hazırkı məzənnə ilə (2,76 TRY/USD) təxminən 89,7 mlrd. dollar təşkil edir. Bankın ümumilikdə 23 617 işçisi, 1 682 filialı və şöbəsi, 6 043 ATM-i mövcüddur. Ötən ili 4,05 mlrd. lirə (1,5 mlrd. dollar) mənfəətlə başa vuran "T.C. Ziraat Bank"ının Türkiyə bank sektorunda payı 12%-dir.

Son xəbərlər

Orphus sistemi