Yuxarı

"Ziraat Bank Azerbaijan"ın rəhbərliyində dəyişiklik edilib

İdarə Heyəti sədrinin müavini Heyətin tərkibindən çıxarılıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, sədrin müavini Alptekin Hikmet oğlu Sarıgöl İdarə Heyətinin tərkibindən çıxarılıb.

Qeyd edək ki, hazırda İdarə Heyəti sədr Avni Kemal oğlu Demirci və üzv Vüqar Səxavət oğlu Rəfiyevdən ibarətdir.

“Ziraat Bank Azerbaijan” Azərbaycan Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlayıb.

Bank üç səhmdardan ibarət olmaqla ASC formasında təsis edilib. Bunlardan, 99,98% səs vermə hüququna malik səhmlərin sahibi "T.C.Ziraat Bankası", 0,01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Sigorta" və 0,01% səs vermə hüququna malik səhmlərin sahibi "Ziraat Yatırım Menkul Değerler AŞ"-dir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi