Bakı. 11 yanvar. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC-nin aktivləri illik müqayisədə 46,5% artaraq 2017-ci il yanvarın 1-nə 132 195,87 min manata çatıb.
"Report" bu barədə Bankın hesabatına istinadən xəbər verir ki, hesabat ilində kredit portfeli 4,9 dəfə artaraq 11 174,52 min manatdan 54 666,01 min manata yüksəlib. Kreditlərin 38,3%-i xarici valyutada verilib.
Depozit portfeli illik 8,1 dəfə artaraq 37 924,56 min manat təşkil edib. Depozitlərin 78,5%-i xarici valyutada yerləşdirilib. Bankın nizamnamə kapitalı dəyişməyərək 50,0 mln. manat, məcmu kapitalı 10,1% artaraq 59,4 mln. manat təşkil edib.
Bank ötən il ərzində 7 696,31 min manat mənfəət əldə edib ki, bundan da 1 739,4 min manat vergi ödənildikdən sonra Bankın xalis mənfəəti 5 956,91 min manat olub. Beləliklə, ötən il "Ziraat Bank Azerbaijan"ın mənfəəti illik müqayisədə 2,44 dəfə, xalis mənfəəti 2,56 dəfə artıb.