"Ziraat Bank Azerbaijan"ın aktivləri 28% artıb

"Ziraat Bank Azerbaijan"ın aktivləri 28% artıb Bakı. 17 oktyabr. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 28,4% artaraq bu il oktyabrın 1-nə 215 461 min manata çatıb.
Maliyyə
17 Oktyabr , 2018 16:16
Ziraat Bank Azerbaijanın aktivləri 28% artıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Ziraat Bank Azerbaijan” ASC-nin (Bank) aktivləri illik müqayisədə 28,4% artaraq bu il oktyabrın 1-nə 215 461 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə bankın kredit portfeli (ehtiyat çıxılmaqla) 93 954 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,9% çoxdur. Bunun da 60 954 min manatı xarici valyutanın payına düşüb.

Son 1 ildə bankın cəmi öhdəlikləri 42,8% artaraq 147 840 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 42,8% artaraq 87 465 min manata yüksəlib. Depozitlərin 75 633 min manatı xarici valyutada qəbul edilib. 2018-ci il oktyabrın 1-nə əsasən, bankın Azərbaycan Mərkəzi Bankının banka qarşı tələbi yoxdur. Oktyabrın 1-nə bankın nizamnamə kapitalı 50 mln. manat, cəmi kapitalı isə 67 621 min manat təşkil edib.

Bank bu ilin yanvar-sentyabr aylarında 1 604 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 2 dəfəyə yaxın azalma deməkdir. Belə ki, ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 3 157 min manat olub. 2018-ci ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 9 596 min manat, faiz xərcləri 3 171 min manat, qeyri-faiz gəlirləri 3 468 min manat, qeyri-faiz xərcləri 5 536 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi