"Ziraat Bank Azərbaijan" ilin yekunlarını açıqlayıb

"Ziraat Bank Azərbaijan" ilin yekunlarını açıqlayıb Bankın aktivləri 90 mln. manatı ötüb, leverec əmsalı isə 38-ə çatır
Maliyyə
19 Fevral , 2016 13:05
Ziraat Bank Azərbaijan ilin yekunlarını açıqlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ "Ziraat Bank Azerbaijan" ASC 2015-ci ili 3,459 mln. manat xalis mənfəətə başa vurub. Hesabat dövründə Bankın faiz gəlirləri 4,737 mln. manat, faiz xərcləri isə 407,4 min manat olub. Bununla yanaşı, ötən il 2,884 mln. manat qeyri-faiz gəlirləri əldə olunub və 2,1 mln. manat qeyri-faiz xərcləri çəkilib. Beləliklə, Bankın əməliyyat mənfəəti 5,113 mln. manata bərabər olub.

Bu il yanvarın 1-nə Bankın cəmi aktivləri 90,245 mln. manat təşkil edib ki, bunun da 42,797 mln. manatı (47,4%) banklarda olan depozitlərdir. Müştərilərə verilən kreditlər isə 11,175 mln. manat və ya ümümi aktivlərin 12,4%-ni təşkil edib.

Azərbaycan banklarına verilən kreditlərin həcmi isə 23,391 mln. manata və ya aktivlərin 25,9%-nə bərabərdir. Bankda yerləşdirilən depozitlərin həcmi 4,702 mln. manat təşkil edib ki, bunun da 4,125 mln. manatı və ya 87,7%-i xarici valyutadadır.

"Ziraat Bank Azerbaijan"ın məcmu kapitalı 53,459 mln. manat, nizamnamə kapitalı 50,0 mln. manat təşkil edir. Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 42,7-dir (tələb - 5), məcmu kapitalın adekvatlıq əmsalı 46,3-dir (tələb - 10), leverec əmsalı isə 37,9-dur (tələb - 5).

Son xəbərlər

Orphus sistemi