“Ziraat Bank (Azerbaijan)”da struktur dəyişikliyi olub

“Ziraat Bank (Azerbaijan)”da struktur dəyişikliyi olub Bankda Müşahidə Şurasının sədr müavini vəzifəsi ləğv edilib
Maliyyə
23 Oktyabr , 2017 09:56
“Ziraat Bank (Azerbaijan)”da struktur dəyişikliyi olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC-də Müşahidə Şurasının (MŞ) sədr müavini vəzifəsi ləğv edilib.

“Report” Banka istinadən xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Nurullah Bakır bundan sonra MŞ-nın üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Ziraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Ziraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi