"Zaminbank"ın "Başak İnam"dakı payı bu ayın sonuna qədər satılacaq

"Zaminbank"ın "Başak İnam"dakı payı bu ayın sonuna qədər satılacaq Bunu şirkətdən deyiblər
Maliyyə
5 Sentyabr , 2016 11:30
Zaminbankın Başak İnamdakı payı bu ayın sonuna qədər satılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Zaminbank" ASC-nin "Başak İman" Sığorta Şirkəti ASC-dəki payı Şirkətin digər səhmdarlarına təklif olunub. Bunu "Report"a "Başak İnam"dan deyiblər.

"Hazırda səhmdarların bununla bağlı rəyi öyrənilir. Çox güman ki, bu ayın sonuna qədər "Zaminbank"ın payı digər səhmdarlar arasında bölüşdürüləcək" - deyə Şirkətdən bildiriblər.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" bank olmayan kredit təşkilatı QSC-yə, 49,27%-i isə Şirkətin Direktorlar Şurasının sədri Akif Kərimov də daxil olmaqla 17 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi