"Zaminbank"ın aktivləri 60% artıb

"Zaminbank"ın aktivləri 60% artıb Avtomobil kreditləşməsi 14% azalıb
Maliyyə
9 Mart , 2015 10:33
Zaminbankın aktivləri 60% artıb

Bakı. 9 mart. REPORT.AZ/ "Zaminbank" ASC-nin aktivləri 2014-cü il ərzində 59,8% artaraq cari il yanvarın 1-nə 451,9 mln. manata çatıb. Bu müddətdə Bankın kredit portfeli 21,0% artaraq 2015-ci ilin əvvəlinə 319,5 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditlərin 79,2 mln. manatını 12 ayadək, 240,2 mln. manatını 12 aydan artıq müddətə verilən kreditlər əhatə edib.

Hesabat dövründə istehlak kreditləşməsi 16,2% artaraq 170,9 mln. manata çatıb. Bu müddətdə avtomobil kreditlərinin həcmində isə azalma müşahidə edilib. Avtomobil kreditləşməsi ötən il ərzində 13,8% azalaraq bu ilin əvvəlinə 23,1 mln. manata düşüb.

Kredit portfelinin 4,5%-nin və ya 14,2 mln. manatının ödəniş vaxtı keçib. Bununla da illik müqayisədə vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 0,8 faiz bəndi artıb.

Ötən il ərzində "Zaminbank"ın depozit portfelində azalma qeydə alınıb. Depozit portfeli 19,7% azalaraq 2015-ci il yanvarın 1-nə 43,4 mln. manat olub. Bunun da 42,8 mln. manatı müddətli, 604 min manatı tələb olunanandək depozitlərin payına düşüb.

Hesabat ilində Bankın məcmu kapitalı 12,1% artraq cari il yanvarın 1-nə 56,4 mln. manat, nizamnamə kapitalı isə bu müddətdə 13,0% artaraq 52,2 mln. manata çatıb. 

Son xəbərlər

Orphus sistemi